Modern.az

Kənd təsərrüfatı naziri: “Çörək ucuzlaşmalıdır”

Kənd təsərrüfatı naziri: “Çörək ucuzlaşmalıdır”

Təhsil

30 Oktyabr 2009, 15:31

Oktyabrın 30-da kənd təsərrüfatı naziri Ismət Abbasov YAP-ın qərargahında kənd təsərrüfatı sahəsindəki vəziyyətə dair mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, İsmət Abbasov hava şəraitindən asılı olmayaraq aqrar sənayenin dinamik inkişaf etdirildiyini və kənd təsərrüfatında ümumi artımın 3% olduğunu bildirib. Onun sözlərinə görə, heyvandarlıq sahəsində artım 2,2 %-dir. İ.Abbasov bu il Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında azalma olduğunu qeyd edib. Nazir bildirib ki, növbəti illərdə Azərbaycan öz ərzaq təhlükəsizliyini tam təmin edəcək. O, bazarlardakı süni qiymət artımı probleminə də toxunub: “Biz 2006-cı ildən indiyə qədər bazarlarda süni qiymət artımının qarşısını almaq üçün hər həftənin şənbə və bazar günləri paytaxtın müxtəlif rayonlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını keçiririk. Ötən dövr ərzində 343 yarmarka keçirilib və bu yarmarkalarda 77 mindən çox kənd təsərrüfatı, emal sənayesi məhsulları satılıb". İ.Abbasov bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şərabçılıq istehsalı ilə məşğul olmaq üçün 83 hüquqi şəxsə lisenziya verilib. Onlardan 38-i səməni piyvəsi, 45-i alkaqollu içkilər və etil spirti istehsal edir. Yerli müəsissələrdə istehsal olunan şərabçılıq məhsulları xarici məhsullardan keyfiyyət baxımından geri qalmır. Çörəyin qiymətini endirilməsi ilə bağlı suala cavab verən nazir bildirib ki, əgər buğdanını qiyməti dünya bazarında aşağı düşürsə, çörəyin qiymətinə də yenidən baxılmalıdır:  “Bu il dünya bazarında və Azərbaycanda istehsal olunan buğdanın qiyməti təxminən 2 dəfə ucuzlaşıb. Belə olan halda çörəyin də qiymətinin ucuzlaşması üçün əsaslar var”. Çörəyin ucuzlaşması məsələsinin diqqətdə saxlanıldığını deyən nazirin fikincə, çörəkbişirmə sahəsindəki sahibkarlar qiymətlərə yenidən baxmalıdırlar. Nazir deyib ki, Azərbaycanın ərzaq buğdasına tələbatı 1 milyon 600 min tondur. Bu il isə 2 milyon 130 min tondan çox ərzaq buğdası istehsal olunub. Üstəlik bu ilin 9 ayı ərzində Azərbaycana xaricdən də buğda idxalı davam etdirilib: “Bir daha qeyd edirəm, qiymətlər dünya bazarında da, Azərbaycanda da aşağı düşübsə, çörəyin qiyməti də yenidən hesablanmalı və müəyyən qədər aşağı düşməlidir”. Vüsalə Seyidova

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir