Modern.az

Bərdə rayonu deyəndə ilk yada düşən nə olur?

Bərdə rayonu deyəndə ilk yada düşən nə olur?

10 Fevral 2011, 12:08


Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur...

Bu dəfə də “Bərdə rayonu deyəndə ilk yada düşən nə olur” sualı ilə cəmiyyətdə müxtəlif sahələrdə tanınmış insanlara müraciət etdik. Tanınmışların cavabları isə belə oldu...

“Bərdəlilər ağılla hərəkət edirlər”

Millət vəkili Tahir Rzayev bildirdi ki, Bərdə deyəndə ilk ağlına gələn Azərbaycanın ilk, qədim paytaxtı Bərdə şəhəri olur. “Bərdə Qarabağın paytaxtı olub. Daha sonra gözümün önünə Bərdənin hökmdarı Nüşabə gəlir, onun İsgəndərin önündə mərdliyi, igidliyi yadıma düşür”.

Millət vəkili bildirdi ki, Bərdə SSRİ vaxtında da Azərbaycanın ən inkişaf etmiş rayonlarından olub.

Bu rayonun sakinlərinin digər rayonların  insanlarından fərqli xüsusiyyətinə gəlincə, millət vəkili qeyd etdi ki, hər bir rayonda yaşayan insanların fərqli xarakteri var. Təbii ki, Bərdə də bu mənada  Azərbaycanın digər yerlərindən seçilir. Deputatın sözlərinə görə, bu rayonun insanları qonaqpərvərlikləri, mədəni səviyyələri, sakit həyat tərzi sürmələri və ziyalılıqları  ilə fərqlənirlər. T.Rzayev bildirdi ki, bəzi regionlarda insanlar emossional olur, Bərdə insanıarı isə ağılla hərəkərt edirlər və halal zəhmətləri ilə yaşamağı sevirlər.  

“Bərdə deyiləndə tarix və pendir xatırlayıram”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, Bərdə deyəndə ilk ağlına gələn bu rayonun tarix baxımdan əhəmiyyətliliyidir. “Bərdə deyiləndə ilk ağlıma gələn tarixdir”. Digər tərəfdən isə son vaxtlar rayonda dadlı pendirin istehsalı Arif Əliyevə bunu da xatirladır.

Bərdə rayonunun insanları hansı xüsusiyyətlərinə görə, digər rayonların insanlarından fərqlənir? A.Əliyev bildirdi ki, indi bərdəlilərin hansı xüsusyyətinə görə fərqləndiyini demək çətindir. Çünki, bu rayonun insanları xariçi ölkələrə köçüb. Əvəzində isə Bərdədə müxtəlif rayonlardan insanlar məskunlaşıb. 
“Əvvəllər Bərdə insanları elə bil sanballı idi, indi isə bu xüsusiyyəti görmək olmur. Bərdəlilər artıq Bərdədə qalmayıb, başqa rayonlardan bura gələnlər çoxdur. Daha çox qaçqınlar toplaşıb. Mənfi proslər bu rayonda daha çox özünü göstərir. Hazırda buranın insanları kasıb yaşayır”.

“Bərdənin açarını mən özlüyümdə hələ tapa bilməmişəm”

Şair Qulu Ağsəs bildirdi ki, Bərdə rayonu onda daha çox isti rayon assosiasiyası doğurur. “Mən özün Ağdamın Gülablı kəndində anadan olmuşam. Bərdəni aran bölgəsi kimi tanıyıram, burada yaşayan insanlar bədbəxt insanlardı”.
Q.Ağsəs hesab edir ki, pambıq Bərdəni tanıdan ikinci amildir. “Bərdə o vaxtlar pambıqçılıqda irtisaslaşmışdı. Qarabağda öz zəhmliliyi ilə ad çıxarmış Rüstəm Səfərəliyev yadıma düşür, səhv etmirəmsə, Rüstəm Səfərəliyev o vaxt Bərdənin birinci katibi idi.

Bunlar Bərdə haqqında mənim uşaqlıq təəssüratlarım idi, amma sonralar məlum oldu ki, mən bu fikirlərimdə yanılmamışam. Elə isti Bərdənin insanları da istidir. Bərdə rayonunun insanları çox qonaqpərpərdilər”.
Q.Ağsəs bildirdi ki, hər bir rayon onun yaddaşında bir çür qalıb və bu rayonların simvolu var. “Məsələn, Göycay rayonu narı ilə, Ağdam səs və ticarəti, Gədəbəy kəsilmiş cəmdəkləri, özü də sazın müşayəti ilə, Kürdəmir pis mətbəx qoxusu, insanları aldatmaq istəyən camaatı ilə, Bakı deyəndə İcərişəhər və Xəzər yaddaşımda qalıb. Amma elə rayonlar var ki, mən özlüyümdə onların açarını tapa bilməmişəm. Bərdə rayonu da bu rayonlar sırasındadır”.

Q.Ağsəs bildirdi ki, o eyni zamanda rayonları tanınmış insanları ilə də tanıyır. “Rayonları tanınmış insanlara görə tanıyıram. Amma, təssüflər olsun ki, Bərdə bu cəhətdən yaddaşımda qalmayıb”.

Bərdəlilərin hansı keyfiyyətinə görə fərqlənməsinə gəlincə isə Q.Ağsəs bildirdi ki, bu rayonun insanları hədddindən artıq qonaqpərvər, istiqanlı insanlardır.

“Bərdə məndə heç bir assosiasiya doğurmur”

Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn bildirdi ki, Bərdə rayonu onda heç bir assosiasiya doğurmur. Bərdə rayonunun insanlarının digər rayonların insanlarından hansı xüsusaiyətinə görə fərqlənməsinə gəlincə, P.Hüseyn bildirdi ki, bu barədə də heç bir fikri yoxdur.  

“Qaçqınların burada məskunlaşmasını xatırlayıram”

İqtisadçı Nazim Məmmədov bildirdi ki, Bərdə rayonu ona qədim Azərbaycan paytaxtını xatırladır, buranı qadın hökmdarı da müsahibimizin yaddaşına həkk olub.
”Bərdə qədim paytaxt şəhəridir, Şərqin ilk qadın hökmdarı da Bərdədə olub. Nizami Gəncəvi də əsərində onun haqqında qeyd edib”.

Bərdəliləri fərqləndirən xüsusiyyətlərə gəlincə, N.Məmmədov bildirdi ki, o insanları doğulduğu bölgələrə görə yox, insanların bacarıqlarına görə, qiymətləndirir.
“Bərdə Qarabağa yaxın olduğuna görə, muğam musiqisi burada da hiss olunur. Bu baxımdan Bərdəni xatırlayıram”.

Bundan əlavə, N.Məmmədov bildirdi ki, Bərdənin Qarabağa yaxın olması digər nüansda da özünü göstərir. Belə ki, burada xeyli sayda qaçqınların məskunlaşması, xariçi qonaqların qaçqınların məskunalşdığı yerləri ziyarət etmək üçün tez-tez bu rayona getməsi də Bərdəni xatırladan amillərdəndir. 

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir