Modern.az

"“Əli və Nino” əsərinin müəllifi kimdir?" adlı ədəbiyyat sərgisi açılıb

"“Əli və Nino” əsərinin müəllifi kimdir?" adlı ədəbiyyat sərgisi açılıb

30 Oktyabr 2009, 15:47

Oktyabrın 30-da M.F,Axundov adına Milli Kitabxanada Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “Əli və Nino” əsərinin müəllifi kimdir?” adlı ədəbiyyat sərgisinin açılışı olub. Modern.az xəbər verir ki, açılış mərasimində çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov “Qurban Səid” təxəllüsü ilə yazan Azərbaycan mühacir ədəbiyyatının nümayəndələrindən biri olan Məhəmməd Əsəd bəyin yaradıcılığına nəzər salıb. Almaniyanın ölkəmizdəki səfiri Pyer Stankina bildirib ki, uzun müddətdir mətbuatda “Əli və Nino” əsərinin müəllifi haqqında fərqli məlumatlar qeyd olunur. Səfir xatırladıb ki, “Əli və Nino” romanında yüz il öncə azərbaycanlı oğlu ilə gürcü qızı arasında olan sevgi qələmə alınıb. Professor Həsən Quliyev isə bir çoxlarının bu günə qədər məhəbbət romanı kimi qəbul etdiyi əsərdə hadisələrin Rusiya inqilabı, demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə etməsi barədə söz açıb. Sonda Amerikalı şərqşünas Tom Reis tərəfindən toplanan və Qurban Səidin həyat və yaradıcılığını əks etdirən 70-dən çox fotoşəkil və arxiv materialları sərgidə nümayiş etdirilıb. Vüsalə Seyidova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər