Modern.az

Milli Qəhrəmanla bağlı müsabiqənin qalib jurnalistləri açıqlandı (SİYAHI)

Milli Qəhrəmanla bağlı müsabiqənin qalib jurnalistləri açıqlandı (SİYAHI)

Media

10 Fevral 2011, 12:42


Bu gün «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunun geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla kütləviləşdirmək məqsədi ilə keçirdiyi müsabiqənin qalibləri açıqlanıb. Modern.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində müsabiqənin qaliblərinin təltif edilməsinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə bildirilib ki, 2010-cu ilin sentyabrın 6-da elan olunan müsabiqə üçün əsərlərin qəbulu üç aydan artıq davam edib və dekabrın 31-də başa çatıb. Müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunub, onlardan 3-ü şərtlərə müvafiq olmadığı üçün müsabiqədən kənarlaşdırılıb.
Müsabiqənin 3 qalibi müəyyənləşdirilib. (Birinci yer – 1000 manat, İkinci yer - 500 manat, Üçüncü yer – 300 manat). Bundan əlavə, hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafat da verilib.
Müsabiyə təqdim olunan əsərlərin rəngarəngliyini və çoxluğunu nəzərə alan münsiflər heyəti hər biri 200 manat olmaqla 5 xüsusi mükafatın da verilməsini qərara alıblar.

Müsabiqədə ilk üç yer üzrə qalib gələn yazılar bunlardır:
Hafiz Mirzənin "Olaylar" qəzetində dərc olunan “Qeyrət” hekayəsi;
Zəkurə Quliyevanın “Qarabağ” qəzetində çıxan “Ermənilərə tarix dərsi” məqaləsi;
Valeh Məhərrəmlinin “Şərq” qəzetində dərc olunan “Hünər” poeması.

Xüsusi mükafat alanlar:
Oqtay Qorçu “Torpaq üstə, yarpaq üstə, göz üstə” hekayəsi (“Mediaforum” saytı);
İmdad Məmmədli “Qarabağ havaları” şeir (İctimai televiziya);
Mustafa Çəmənli “Mübariz” povesti;
Yusif Kərimov “Təmas xəttində məktublar” (“İki sahil” qəzeti) ;
Rahilə Elçin “Milli qəhrəmanın vətən qururu”.

Həvəsləndiri mükafat alanlar:
Nigar Vaqifqızı, “Soruşma vətən sənin üçün nə edib” məqaləsi (“Azadlıq” qəzeti);
Balayar Sadıq, “Hünər simfoniyası” poeması (“Paritet” qəzeti);
Fərid Hüseyn, “Müqəddəs adam haqqında yeddi tezis” məqaləsi ("kitabxana.net" saytı);
Rizvan Nəsiboğlu, “Təpədən dırnağa qədər Vətəndir, Vətən” şeiri (“Bütöv Azərbaycan” qəzeti);
Mirdamət Əziz, “Gedək Mübarizin arxasınca biz” şeiri (“Ədalət” qəzeti).

Fəxri fərman:
Aygül Rəhim, “Azadlıq” hekayəsi (Bakı məktəb liseyi).

Qeyd edək ki, münsiflər heyəti aşağıdakı şəxslərdən ibarət olub.
Sona Vəliyeva - "Kaspi" qəzetinin təsisçisi, şairə, filologiya elmləri namizədi;
Fikrət Qoça - xalq şairi;
Elçin Hüseynbəyli - “Ulduz” jurnalının baş redaktoru;
Yunus Oğuz - “Olaylar” qəzetinin baş redaktoru;
Fərqanə - şairə;
Mahirə Abdulla yazıçı;
Niyaz Niftiyev - “Azadinform” İA-nın baş redaktoru;
Natiq Məmmədli - “Kaspi” qəzetinin baş redaktoru.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi