Modern.az

“Kəpəz” ilk qələbəsini qazanıb

“Kəpəz” ilk qələbəsini qazanıb

11 Sentyabr 2016, 22:44

Bu gün Azərbaycan Premyer Liqasının dördüncü turu çərçivəsində “Kəpəz” klubu Gəncədə “Zirə”ni qəbul edib. Modern.az saytı xəbər verir ki, ilk üç turda qalibiyyət sevinci yaşamayan Şahin Diniyevin komandası, nəhayət, uğursuz seriyaya son qoyub. Bütövlükdə “Kəpəz”in üstünlüyü şəraitində keçən matçda meydan sahibləri qonaq komandanın qapısından iki cavabsız top keçirib. Qolları Julian Eba (8-ci dəqiqə) və Şəhriyar Rəhimov (78-ci dəqiqə) vurublar. Oyun 2:0 hesabı ilə başa çatıb.

 

Tura bu axşam keçiriləcək “Sumqayıt”- İnter” qarşılaşması ilə yekun vurulacaq.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi