Modern.az

Heydər Əliyev Fondu xərçəngdən əziyyət çəkən rejissora yardım göstərəcək

Heydər Əliyev Fondu xərçəngdən əziyyət çəkən rejissora yardım göstərəcək

Aktual

12 Sentyabr 2016, 13:06

Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.

 

Bu barədə Modern.az-a Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər.

 

Klinikadan deyilib ki, leykozun kəskin forması diaqnozu qoyulan Ş.Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub. Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcək.

 

Məlumatı Heydər Əliyev Fondu təsdiq edib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!