Modern.az

Bakıda yataq xəstəsi yanaraq öldü

Bakıda yataq xəstəsi yanaraq öldü

12 Sentyabr 2016, 13:55

Bakıda yataq xəstəsi olan şəxs faciəli şəkildə ölüb.

 

Modern.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sentyabrın 11-də saat 14 radələrində Nəsimi rayonu ərazisində yaşayan Əli Qafarovun evində yanğın olub.

 

Nəticədə iflic xəstəsi olan Ə.Qafarovun yatdığı çarpayı yanıb. Yanğın söndürüldükdən sonra onun üzərində yanıq xəsarətləri olan meyiti tapılıb.

 

Yanğının Ə.Qafarovun çəkdiyi siqaretin çarpayısına düşməsi nəticəsində baş verməsi ehtimal olunur.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi