Modern.az

Azərbaycanda bir gündə 24 nəfər saxlanıldı

Azərbaycanda bir gündə 24 nəfər saxlanıldı

Aktual

12 Sentyabr 2016, 16:17

Azərbaycanda gün ərzində 57 cinayət faktı qeydə alınıb.

 

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qeydə alınan hadisələrdən 19-u “isti izlər”lə açılıb.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır