Modern.az

Azərbaycanlı paralimpiyaçı üzgüçülük yarışlarının finalında

Azərbaycanlı paralimpiyaçı üzgüçülük yarışlarının finalında

12 Sentyabr 2016, 17:35

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.

 

Modern.az-ın məlumatına görə, 13 atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.

 

Qeyd edək ki, Azərbaycan Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?