Modern.az

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Aktual

12 Sentyabr 2016, 20:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Modern.az saytı xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdııb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində, Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

 

Dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

 

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı