Modern.az

"Qarabağ" - "Slovan" matçının biletləri sabahdan satışda olacaq

"Qarabağ" - "Slovan" matçının biletləri sabahdan satışda olacaq

12 Sentyabr 2016, 20:58

"Qarabağ" klubunun Çexiya "Slovan"ı ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk matçı üçün biletlərin satışa çıxarılacağı tarix açıqlanıb. Modern.az xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, biletlər 13 sentyabr saat 11:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Qiymətlər nömrəli sektorlara 1 manat, 10 manat və 20 manata, VİP biletlər isə 50 manatadır.

Qarşılaşmaya olan böyük maraq səbəbindən mümkün ola biləcək “qara bazar”ın fəaliyyətinin qarşısını almaq üçün “Qarabağ” futbol klubu azarkeşlərindən biletləri ən qısa müddətdə almağı və kənar şəxslər bilet almağı tələb edərsə, o zaman mühafizə xidmətinə xəbər verməyi xahiş edir.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-i saat 19:00-da “Dalğa Arena”da baş tutacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir