Modern.az

  Soydaşımız Türkiyədə boğulub

  Soydaşımız Türkiyədə boğulub

12 Sentyabr 2016, 22:26

Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğulub. Modern.az saytı xəbər verir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Antalyanın Konyaaltı qəsəbəsində qeydə alınıb. Belə ki, Sarısu Mesire bölgəsindəki çimərlikdə 62 yaşlı Fənah Əhmədov boğularaq həyatını itirib.

 

Saat 17:00 radələrində suda hərəkətsiz vəziyyətdə duran F. Əhmədovu görən turistlər dərhal polisə məlumat veriblər. Sahildəki xilasedicilər 1954-cü il təvəllüdlü F. Əhmədovun cəsədini sahilə çıxarıblar. Həkimlər onun həyatını itirdiyini müəyyənləşdiriblər. F. Əhmədovun ölüm xəbərini alan qızı və yaxınları çimərliyə gəliblər. Onun yaxşı üzə bilmədiyi də məlum olub.

 

F. Əhmədovun həyat yoldaşının da keçən il Antalyada həyatını itirdiyi üzə çıxıb. Polis olayla bağlı araşdırmaya başlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır