Modern.az

İçərisində üç nəfərin olduğu maşın çayda batıb

İçərisində üç nəfərin olduğu maşın çayda batıb

Aktual

12 Sentyabr 2016, 23:33

İsmayıllı rayonunda vətəndaşa məxsus "Niva" markalı minik avtomobili çayda batıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Girdiman çayının İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Niva” markalı minik avtomobili bataraq, içərisində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobili sudan çıxarıb və vətəndaşlara müvafiq köməklik göstəriblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı