Modern.az

Bu il hansı ali məktəblərin məzunlarına təyinat veriləcək?

Bu il hansı ali məktəblərin məzunlarına təyinat veriləcək?

10 Fevral 2011, 14:58

Hazırda ali məktəbi bitirən gənclərin iş tapmalarında problemlər yaşanır. Buna görə də, bəzi gənclər fikirləşir ki, oxumağın bir faydası yoxdur, onsuz da universiteti bitirdikdən sonra iş tapa bilməyəcək. Vaxtilə ali məktəbi bitirən gənclər daha şanslı idilər, onlara dövlət təyinatı verilir, iş yerlərinə göndərilirdilər.

Gənc mütəxəssisləri həvəsləndirmək məqsədilə Nazirlər Kabinetinin qərarı var. Məsələn, gənc müəllimlər rayon mərkəzindən əsasən 20 km-dək məsafədə işləyəcəklərsə, ayda 3 il müddətində 40 manat, 20 km-dən artıq məsafədə işləyəcəklərsə 110 maanat maaşdan əlavə pul verilir.
Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadırların İdarəolunması şöbəsinin baş məsləhətcisi Xəyyam Fərəcov Modern.az-a deyib ki, hazırda əsas ixtisaslara uyğun olaraq dövlət sifarişi hazırlanır. İndi 2011-ci il üçün dövlət sifarişinin hazırlanması prosesi gedir.

X.Fərəcov bildirib ki, hazırda respublikada ən çox təyinat verilən ixtisas müəllimlikdir. “Əsasən, Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kimya, tarix, biologiya, fizika, coğrafiya və xarici dil ixtisaslarını bitirən gənc müəllimlərə təyinat verilir. Tələbat hansı rayona və hansı ixtisasa varsa, onu araşdırırıq və təhlil edirik. Bunun əsasında dövlət sifarişini formalaşdırırıq”.

X.Fərəcovun sözlərinə görə, gənclərin təyinatla rayonlara göndərilməsi prosesində onların hansı rayondan olmaları və hansı ixtisasda təhsil almaları da müəyyənləşdirilir.

Bəs müəllim olmayanlara - ali məktəblərin digər ixtisaslarını bitirən gənclərə necə, təyinat verilirmi? X.Fərəcov bildirdi ki, təyinatın verilməsi dövlət sifarişi əsasında hazırlanır.
“Digər ixtisaslara o zaman təyinat olur ki, əgər ciddi ehtiyac yaranıbsa, müraciətlər varsa, məsələyə baxırıq”.

X.Fərəcovun sözlərinə görə, təyinat verilən və göndərilən iş yerinə getmək istəməyən gənc kadrlara məcburiyyət də yoxdur. “Heç bir zor tətbiq olunmur, hər kəs azaddır”.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar