Modern.az

Behrudinin istefasına reaksiya: “Gedib qapısını kəsdirməliyik?”

Behrudinin istefasına reaksiya: “Gedib qapısını kəsdirməliyik?”

13 Sentyabr 2016, 21:22

Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib. Modern.az saytı xəbər verir ki, Birliyin katibi, xalq şairi Fikrət Qoca aznews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib: “Neyləyək? Ayrılır ayrılsın da... Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.

 

F.Qoca R.Behrudiyə uğurlar da arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?".

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir