Modern.az

Çəkdiyiniz hansı şəkil sizin özünüzün çox xoşuna gəlir? (media fotoqrafları cavab verir)

Çəkdiyiniz hansı şəkil sizin özünüzün çox xoşuna gəlir? (media fotoqrafları cavab verir)

10 Fevral 2011, 17:47

Modern.az saytı media ilə işləyən fotoqraflara müraciət edərək, onlara "çəkdiyiniz hansı şəkil sizin özünüzün çox xoşuna gəlir" sualı ünvanlayıb. Onların cavabları aşağıdakı şəkillərdədir. 

Elmin Bədəlov - "Yeni Müsavat" qəzeti: "Bu şəkli mərhum jurnalist Şahin Ağabəylinin üç mərasimində çəkmişəm. Oğlu Ağasalamdı. Şəkillərə gözəllik qatan onların üstündə olan xatirələrdir. Hansı şəkil, hansı kadr bizlərə daha böyük, daha dəyərli şeylər ifadə edirsə, o şəkil bütün çəkilmişlərdən gözəldir. Ağasalam məndə Şahini ifadə edir. Bu şəklə baxarkən Şahini və onun Ağasalamı nə qədər çox sevdiyi gəlir ağlıma. Bir də o ağlıma gəlir ki, mən Şahini nə qədər çox istəyirdim. Buna görə də bu şəkil mənim üçün çəkdiklərimin ən dəyərlisidir".

Mirnaib Həsənoğlu - Azərbaycan Fotoqraflar Birliyi: "Bu foto mənim "Ehtiyac Pərvanələri" lahiyəmdəndir. TV nə zamansa bir ailənin nəzərlərini, diqqətini özündə saxlasa da, indi yalnız müvəqqəti olaraq bu amiranə oturan oğlanın komfortunu yaradıb. Baxmaki içərisi dardır, amma o oğlan ücün rahatdır. "Azneft" meydanında onun öz  dünyası var. TV-ni itələyib aparan oğlan ücünsə indi bu, bəlkə də nəqliyatınən sevimlisidir. Biri TV-nin monitorundan ətrafa baxıb sevinir, o biri isə təkərləri olmayan bir TV ilə sürət yaradır.  Bu foto mənə buna görə əzəzdir".

Fərman Bağırov - "Azərbaycan" qəzeti: "1990-cı ilin 19 yanvar tarixi: bir azdan qaranlıq çökəcək. Elə buradan - "Salyanski" kazarmasından hərəkətə başlayacaq rus ordusu qırğın törədəcək. Bir neçə saat qalıb o anlara... Bu qəhrəman insanlar azadlıq mücadiləsinə qalxan soydaşlarımızdır...".

İsgəndər Həsənov - "525-ci qəzet": "Təsadüfən çəkdim bu şəkli. Bazardan gələn yaşlı qadın içi dolu torbanın birini götürə bilmədiyindən, onu itinin ağzına vermişdi".

Tapdıq Abdullayev - "Səs" qəzeti: "Pəncərədən görünür ki, Azərbaycanın paytaxtı İslam dəyərlərini özündə əks elətdirir".


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir