Modern.az

“Açıqlamanız bir qələm adamının səviyyəsinə uyğun deyil” - Behrudi, Video

“Açıqlamanız bir qələm adamının səviyyəsinə uyğun deyil” - Behrudi, Video

Aktual

13 Sentyabr 2016, 23:58

Tanınmış şair Rüstəm Behrudinin Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefasından sonra məsələ ilə bağlı müzakirələr davam edir. Bu addıma Birliyin katibi Fikrət Qocanın münasibətinə Rüstəm Behrudinin cavabı özünü çox gözlətməyib. Modern.az saytı xəbər verir ki, R.Behrudi sosial şəbəkədəki statusunda AYB katibinin sözlərini tənqid edib: "Çox dəyərli, Fikrət Qoça! Biz görmüşük ki, insan ahıl yaşında kamilləşər, müdrükləşər. Ançaq sizin mənim AYB-dən istefa verməyimlə bağlı açıqlamanız bu fikrimi alt-üst elədi. Və sizə cavab vermək məcburətində qadım.

Yadınızdadırsa, 1996-cı ildə mərhum prezident Heydər Əliyevlə gənc yazarların görüşündə dünya təcrübəsinə əsaslanaraq demişdim ki, belə bir təşkilata ehtiyac yoxdu. Çünkü dövlət təminatı altında olan istənilən yaradıcı təşkilat müstəqil ola bilməz! Mən, yenə də, o fikrimdə qalıram.

Qaldı sizin açıqlamanıza, açıqlamanız siz yaşda olan bir qələm adamının səviyyəsinə uyğun deyil. Mənim istefa verməyim də ad günü məsələsi yox, AYB-nin mənə münasibətidi..

Siz, yəqin, o yazarların doğum günlərini təbrik eləyirsiniz ki, gəlib qapınızda boyun büksünlər və özlərini sizə xatırlatsınlar. Bu çox ədəbsiz bir düşüncədir. Ağlı başında olan adam bu cür açıqlama verə bilməz!

Bu günkü açıqlamanızdan hiss elədim ki, siz həyatınızda bircə dəfə də özü ilə görüşməyən adamsınız. Belə olmasaydı, ən azından xatırlamalıydınız ki, o bir cür müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi sizsiniz.

Qaldı adını gündəmə gətirmək məsələsinə. Əgər, vicdanlı və məsuliyyətli bir ədəbiyyat adamı olsaydınız, bilərdiniz ki, 40 ildir ki, ömrünü-gününü hayküy salmadan, vicdanla, ləyaqətlə ədəbiyyata həsr eləmiş, hələ gənc yaşlarında şerləri Türkdilli xalqlar arasında dillər əzbəri olan, kitabları xarici dillərə çevrilən bir şairin gündəmdə qalmaq problemi ola bilməz.

Mən sizin açıqlamanızı qeyri-səmimi, həqiqətdən uzaq bir şey hesab eləyirəm.

Çox hörmətli, Fikrət Qoca! Azərbaycan ədəbiyyatı AYB-dən ibarət deyil. Böyük ədəbiyyatı təkbaşına olan adamlar yaradır”.

 

Modern.az saytı 1996-cı ildə mərhum prezident Heydər Əliyevlə gənc yazarların görüşü zamanı Rüstəm Behrudinin qeyd etdiyi çıxışını təqdim edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı