Modern.az

Evdə dəhşətli yanğın - 9 ölü

Evdə dəhşətli yanğın - 9 ölü

14 Sentyabr 2016, 10:23

ABŞ- da evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tennessi ştatının Memfis şəhərində baş verib. Yanğın nəticəsində 6-sı uşaq olmaqla 9 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Memfis şəhər Yanğınsöndürmə İdarəsinin rəisi Gina Svit yanğının elektrik kabelindəki qısaqapanmadan baş verdiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər