Modern.az

“Roma Papasının bu səfəri Azərbaycana hörmət əlamətidir”

“Roma Papasının bu səfəri Azərbaycana hörmət əlamətidir”

14 Sentyabr 2016, 11:37

"Roma Papasının səfəri tolerant ölkə kimi Azərbaycana hörmət əlamətidir".

Modern.az-ın xəbərinə görə, bu sözləri Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi Vladimir Fekete Roma Papasının Azərbaycan edəcəyi səfərlə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Roma Papası Azərbaycanda bütün dinlərin nümayəndələri ilə görüş keçirəcək:

“Roma Papasının Azərbaycana səfəri ölkədə elan olunmuş multikulturalizm ilində baş tutur. O, burada bütün dinlərin nümayəndələri ilə görüşəcək. Papa Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir.

Azərbaycan və Vatikan arasındakı münasibətlər müsbətdir və qarşıdakı səfər əlaqələri yeni səviyyəyə çıxarmağa yardım edəcək.

Xatırladaq ki, Roma Papası Azərbaycana oktyabrın 2-də gələcək. Papanın Bakıya səfəri Bakirə Müqəddəs Məryəm katolik kilsəsində dua oxuması ilə başlayacaq.

Vatikan başçısının İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir