Modern.az

Dövlət Sərhəd Xidməti cinayətkar qrupu zərərsizləşdirdi

Dövlət Sərhəd Xidməti cinayətkar qrupu zərərsizləşdirdi

Aktual

14 Sentyabr 2016, 11:40

 

 

Dövlət Sərhəd Xidmətinin əməkdaşları növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriy­yəsinin və qaçaqmalçılığın qarşısını alıblar. Bu haqda  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Modern.az-a verilən məlumatda bildirlib.

 

Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahə­dən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

 

Belə ki, sentyabrın 8-də saat 23:00 radələrində Füzuli rayon sakinləri Məmmədov Rəşad Rəsul oğlu və İsayev Bəxtiyar Möhübbət oğlu narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıblar.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu müəyyən­ləşdirilərək saxla­nıl­ıb.

 

Sentyabrın 9-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfin­dən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazi­sində həyata keçirilən tədbir­lər nəticəsində qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Babaşov Novruz Mirzəkişi oğlu və 2001-ci il təvəllüdlü Babaşov Dadaş Novruz oğlu Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanıl­ıblar.

 

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstər­ən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanıblar.

 

Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlama­da 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülqüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır