Modern.az

Əli Məsimli: "Azərbaycanda qiymət mədəniyyəti yoxdur"

Əli Məsimli: "Azərbaycanda qiymət mədəniyyəti yoxdur"

10 Fevral 2011, 18:40

Dövlət Statistika Komitəsi Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının bahalaşdığını bildirib. Bəzi iqtisadçı-ekspertlər bahalaşmanın qarşıdakı aylarda da davam edəcəyi qənaətindədirlər.
Milli Məclisin İqtiasdi siyasət komitəsinin üxvü Əli Məsimli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qiymət artımının iki səbəbi var: iqtisadiyyatın özündə gedən proseslər və dünya iqtisadiyyatında, xüsusilə Azərbaycanla ticarət əlaqələri olan ölkələrin  iqtisadiyatında gedən proseslər, oradakı qiymətlərin dinamikası.
“Bu baxımdan Azərbaycanda qiymətlərə son dövrlərdə təsir edən amillərin içərisində xariçi amillərin rolu artıb. Dünya iqtisadi böhranı kulminasiya nöqtəsindən çıxsa da, maliyyə sektorunda hələ də davam edir. Ərzaq təhlükəsizliyi sahəsində baş verən bir sıra prablemlər təbii fəlakətlərlə cuğlaşanda, iqtisadiyyata çox ciddi təsir edir. Eyni zamanda bir sıra məhsulların istehsalının azalması, neftin bahalaşması da qiymətlərin qalxmasına təsir edir”.

Dünya iqtisadiyyatında 2008-ci ildən başlayan qlobal böhranın hələ davam etdiyi deyən deputat müqayisə aparıb: “Bunu paralel olaraq ötən əsrdə, 1929-cu ildə başlayan qlobal böhranla müqayisə etmək istərdim. İqtisadi tərixdə yazılır ki, 1929-cu ildə başlanan böhran 1933-cü ildə sona yetib. Amma mən hesab edirəm ki, belə olmayıb. Dünya iqtisadiyatı 1933-cü ildə böhrandan çıxa bilmədiyinə görə, çıxış yolu kimi müharibəni seçdilər. Beləliklə İkinci Dünya müharibəsi başlandı.  2010-cu ilin sonlarından proqnozlar verilir ki, dünya son maliyyə böhrandan çıxıb, amma mən hesab edirəm bu davam edir. Bir sıra ölkələrdə istehsal azalır, iqtisadiyyata böyük zərbələr dəyir, son nəticədə qiymətlər qalxır”.

Ə.Məsimlinin fikrincə, Azərbaycanda qiymət mədəniyyəti yoxdur. O, bu sahədə qanunveriçiliyin işlənib hazırlanmasına tərəfdardır:
“Qiymət mədəniyyəti olmadığına görə, qiymətlər bir tərəfdən monopoliyanın təsiri altında artır, digər tərəfdən istehsalçılar xariçi malların qiymətlərinin arxası ilə sürünürlər, heç lüzüm olmadığı hallarda belə, məhsulların qiymətini artırmağa başlayırlar. Bu şəkildə süni qiymət artımı yaranmış olur. Hesab edirəm 2011-ci ildə qiymətlər 2010- cu ildə olduğu kimi 5-7 % yox, ondan çox artacaq”.

Ə.Məsimlinin sözlərinə görə, qiymət artımının qarşısını almaq üçün xariçdən gətirilən taxıla əlavə dəyər vergisi aradan qaldırılıb. Millət vəkilinin sözlərinə görə, bu qiymətlərin sabitləşməsinə müəyyən dərəcə də kömək edə bilər, amma yetərli addım deyil. Bundan ötrü qısa müddətdə effekt verən kompleks tədbirlər hazırlayıb həyata kecimək lazımdır. Qısa müdət ərzində İqtisadi İnkişaf Nazirliyi bazarlarda obyektiv monitorinqlər aparmalıdır. Süni sürətdə qiymət artımı həyata kecirən şəxslər cəzalanmalıdır. Orta və uzun müddətdə isə Azərbaycanda monopoliya meyllərini aradan qaldırmaq üçün ciddi atılmalıdır.

Millət vəkili qeyd edib ki, hansı sahədə qiymətin artmasından asılı olmayaraq bu, Azərbaycan vətəndaşlarının həyat səviyyəsinə mənfi təsir göstərir. Bunu aradan qaldırmaqdan ötrü qiymət artımına nəzarət gücləndirilməlidir. Bu sovet dövrünün təfəkkürü ilə yox, müasir bazar iqtisadiyyatının tələblərinə cabab verən mexanizlər vaitəsilə olmalıdır.
Deputat deyir ki, qiymətlər artırıldığı təqdirdə, vətəndaşların əmək haqları, pensiyalar da qaldırılmalıdır ki, bahalaşma insanların həyat səviyəsinə mənfi təsir etməsin.

Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir