Modern.az

Bahar Muradova: "Milli Məclis korrupsiya məsələlərini müzakirə etməyəcək"

Bahar Muradova: "Milli Məclis korrupsiya məsələlərini müzakirə etməyəcək"

11 Fevral 2011, 12:37

Milli Məclisin vitse-spikeri Bahar Muradova son günlər rəsmi qurumların korrupsiya ilə bağlı atdığı addımlara münasibət bildirib. Modern.az-ın məlumatına görə, deputat deyib ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan tədbirlər dövlət proqramına uyğun olaraq həyata keçirilir. “Bu yeni kampaniya deyil, iqtisadi şəffaflığın təmin olunması üçün bu məsələlər davamlı olacaq”.

Vitse-spiker Misirdə cərəyan edən hadisələrə də toxunub və bildirib ki, bəzi adamlar xarici ölkələrdə baş verən olayları Azərbaycana gətirmək istəyirlər, Azərbaycanı hansısa başqa yerlə müqayisə etmək istəyirlər.
“Amma bu belə deyil. Misirlə Azərbaycanın heç bir əlaqəsi yoxdur”. B.Muradova bu iki ölkənin müqayisəsini də səhv düşüncə hesab edib.

Daha sonra B.Muradova Azərbaycan rəhbərliyinin qalmaqallı “Vikiliks” saytının rəhbərliyi ilə sövdələşməyə girməsi ilə bağlı səslənən fikirə də münasibət bildirib. O, deyib belə bir şey yoxdur və bu fikir gülüş doğurur.

B.Muradova jurnalistlərlə söhbət zamanı AXCP-nın gənc fəal üzvü Cabbar Savalanlının tutulması sualını belə cavablandırıb: “Bu məsələ ilə bağlı aidiyyatı qurumlara sualarınızı verərsiniz. Sadəcə, bununla bağlı hər hansı məsələni qabartmaq lazım deyil ”.

Jurnalistlərin digər bir sualı isə Milli Məclisdə ölkənin hər bir qurumunda korrupsiyaya qarşı aparılan mübarizə ilə bağlı məsələlərin müzakirə edilib-edilməyəcəyi bağlı olub. B.Muradova qeyd edib ki, Milli Məclisdə hər zaman belə məsələlər müzakirə edilib, amma fevralın 11-dəki iclasda ayrıca bir müzakirə kecirilməsi nəzərdə tutulmayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır