Modern.az

Deputat: "Türk filmləri bizim telekanallarda tərcüməsiz verilməlidir"

Deputat: "Türk filmləri bizim telekanallarda tərcüməsiz verilməlidir"

11 Fevral 2011, 13:32

Modern.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fərəc Quliyev maraqlı məsələyə toxunub. O, deyib ki, Qarabağla bağlı fəal mərhələ başlayarsa, Azərbaycanın vəziyyəti və hansı addım ata biləcəyi hamını düşündürür. Deputatın sözlərinə görə, yaxın zamanlarda qapalı olaraq Qarabağ məsələsinin müzakirəsi keçirilməlidir.
F.Quliyev digər maralı məsələni də gündəmə gətirib. Deputat bildirib ki, Azərbaycan telekanallarında Anadolu türkcəsində filmlərin tərcüməsiz verilməsinə qoyulan qadağa aradan qaldırlmalıdır. Onun sözlərinə görə, Türkiyə televiziyasında Azərbaycan prezidenti İlham Əliyevin 45 dəqiqəlik çıxışı tərcümə edilmədən yayımlanıb: “Xalqların yaxınlaşmasını, xalq diplomatiyasını istəyiriksə, bu cür hallar aradan qaldırılmalıdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir