Modern.az

Azərbaycanda yaşı 100-dən yuxarı olan nə qədər insan yaşayır?

Azərbaycanda yaşı 100-dən yuxarı olan nə qədər insan yaşayır?

Hadisə

16 Sentyabr 2016, 11:01

Sovetlər dövründə Azərbaycan  uzunömürlülər diyarı sayılırdı. Ucqar dağ rayonlarında 80 il yaşamaq o qədər də uzun ömür hesab edilmirdi.

Bəs, bu gün vəziyyət necədir? Sizə maraqlıdırmı Azərbaycanda 100 yaşından yuxarı olan nə qədər insan yaşayır?

 

Dövlət Statistika Komitəsi 2016-cı il üçün 80 və 80-dən yuxarı yaşlar üzrə statistikanı açıqlayıb.

 

Komitənin Aparat rəhbəri Cabbar Musayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycanda 80 və daha yuxarı yaşda olan əhalinin sayı 120221 nəfərdir:

 

“Onlardan 47110 nəfəri kişilər, 73111 nəfəri qadınlardır. 90 və yuxarı yaşda olanların sayı 10880 nəfərdir. Bu kateqoriyaya daxil olan kişilərin sayı 3510, qadınların sayı isə 7370 nəfərdir”.

 

Aparat rəhbəri qeyd edib ki, 100 və daha yuxarı yaşda əhali əsasən Bakı, Lənkəran şəhərlərində, Tərtər, Ağdam, Tovuz və Gədəbəy rayonlarında yaşayırlar: “Onların ümumi sayı 626 nəfərdir. 100 yaşdan yuxarı kişilərin sayı 96, qadınların sayı isə 530 nəfərdir”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır