Modern.az

Misir Mərdanov təhsil müəssisələri ilə bağlı əmr verdi

Misir Mərdanov təhsil müəssisələri ilə bağlı əmr verdi

11 Fevral 2011, 15:14

Təhsil naziri Misir Mərdanov Xocalı soyqırımının 19-cu  ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında əmr imzalayıb.

Nazirlikdən verilən məlumata görə, həmin əmrə müvafiq olaraq Xocalı soyqırımının 19-cu ildönümü bütün təhsil müəssisələrində qeyd olunmalıdır.

Xocalı soyqırımının 19-cu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib.

Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil idarələrinin, şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etməlidirlər. Onlar görülmüş işlər haqqında 5 gün müddətində nazirliyə məlumat verməloidirlər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir