Modern.az

Fuad Muradovdan gənclərlə bağlı təklif

Fuad Muradovdan gənclərlə bağlı təklif

11 Fevral 2011, 15:27

Milli Məclisin yanvarın 11-də keçirilən iclasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, deputat Fuad Muradov gənclərin, gənc ailələrin sosial müdafiəsi ilə bağlı məsələlərə toxunub.
Millət vəkili bildirib ki, hələ 2008-ci ildə “Dövlət gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilib. Amma gəclərin inkişafının dəstəklənməsi baxımından yeni dəyişikliklərə d' ehtiyac var. Həmin qanunla gənclərin inkişafına dəstək fondu yaradılmalıdır.
Deputat deyib ki, belə bir fondun yaradılması gənclərin inkişafına ciddi dəstək ola bilər. O, bununla bağlı təkliflər hazırladıqlarını deyib.
Millət vəkili gənc ailələrin sosial müdafiəsi haqqında da qanun layihəsinin hazırlanmasını vacib sayıb.
F.Muradov müvafiq dövlət qurumlarında mənzil növbələrinin hansı əsasla formalaşmasına və bu sahədə şəffaflığın qorunmasının vacibliyinə toxunub. Deyib ki, bilinməlidir, kimə nə vaxt növbə çatır, necə çatır...

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI