Modern.az

Deputat hacı Qalib: "Xahiş edirəm bu cür sözlərə fikir verin, hər kəsin ailəsi var”

Deputat hacı Qalib: "Xahiş edirəm bu cür sözlərə fikir verin, hər kəsin ailəsi var”

Parlament

11 Fevral 2011, 18:09

Milli Məclisin fevralın 11-də keçirilən iclasında bələdiyyələrlə bağlı məsələnin müzakirəsi zamanı təzə deputatlardan çıxış edənlər olub. Belə ki, Sabunçudan olan deputat Qalib Salahzadə 12 il ərzində bələdiyyə sahəsində çalışdığını deyərək bu qurumlara qarşı səslənən tənqidləri qəbul etməyib.
“Reallıq budur ki, bələdiyyə heç vaxt özbaşına olmayıb və yəqin heç vaxt da olmayacaq. Əgər bələdiyyə sədri qərar çxıarırsa, üzvlər ona qol çəkməlidir. Elə söhbət yoxdur ki, kimsə tapşırır, kimsə zəng edir, bəzi yollarla bələdiyyələrdən torpaq alır. Bu olan şeydir də, Azərbaycandır. Bir bələdiyyə işçisini 5 il sədr təyin edirlər, ikinci seçkidə mütləq onu dəyişdirirlər. Ona güc edənlər, təyiq edənlər, tapşırıq verənlər ondan “izbavitsya” olurlar. Çünki axı bilirlər hər şeyi. Bələdiyyə sədri səhv edibsə, torpağı vətəndaşdan alıb bələdiyyəyə qaytarmaq və sədri də çıxarmaq...
Yoxsa ki, bir neçə hektar topraq verib, 3-5 min qazanıb. Bələdiyyəni adatmaq olmaz. Əgər sədr 10 manat cibinə qoyubsa, ordakı 19 adam hamısı o 10 manatdan xəbərdadır. Bələdiyyə sədrləri və üzvlərinin həbsinə son qoyulsun. Onlar günhakar ola bilməz. Ya 19 adamın hamısı tutulmalıdır, ya da heç kim.
Bələdiyyə işçilərini dilənçiyə oxşatmaq da düz deyil. Bu üzvlər öz yerlərində hörmətli adamlardır. Dilənçini bələdiyyə üzvü seçməzlər. Xahiş edirəm, bu cür sözlərə fikir verin. Hər kəsin ailəsi var”.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!