Modern.az

Gülər Əhmədova: "Başqa şirkətlərdən fərqli olaraq "Azərsun" korporativ sosial məsuliyyəti dərk edir"

Gülər Əhmədova: "Başqa şirkətlərdən fərqli olaraq "Azərsun" korporativ sosial məsuliyyəti dərk edir"

11 Fevral 2011, 18:26

Milli Məclisin fevralın 11-də keçirilən iclasında çıxış edən deputat Gülər Əhmədova  bələdiyyələrə daha çox vəsait ayrılması və səlahiyyətlərin verilməsinin tərəfdarı olduğunu vurğulayıb.
“Mən də bələdiyyələrə daha çox vəsait ayrılması və səlahiyyətlərin verilməsinin tərəfdarıyam. Amma məsələ ondadır ki, bu 10 il ərzində barmaqla sayıla biləcək yerində olan və bələdiyyənin strukturuna uyğun gələn adam tanıyıram. Amma Konstitusiyaya əlavə qəbul etsək də, tətbiqini görmürük. Ədliyyə Nazirliyi bu işi dar çərçivədə həyata keçirir. Milli Məclisdə bu məsələnin həllinə nail olmalıyıq. İl ərzində bələdiyyələrə 3 milyon manatın ayrılmasının simvolik rəqəm olduğu söylənilir. Bəlkə də 5 illik fond yaradılmalıdır və büdcədən ayrılan pullar ora yatırılsın. Bu vəsait banka qoyulsun və onun faizləri bələdiyyələrə ayrılsın.

Hər yeni iclasda bir nömrəli məsələ - haradan vəsait tapmaqla bağlıdır. Hər hansı bir tədbiri keçirmək üçün vəsait tapmaq günlərlə başa gəlir. Bu gün biz ölkəmizdə özəl şirkətlər qarşısında korporativ sosial məsuliyyət məsələsini qaldırılmalıyıq. “Azercell” və “Bakcell”in antennaları var. Onlar heç öz antennalarının ətrafını işıqlandırmaq istəmirlər. Azərbaycan üçün problemə çevrilmiş uşaq bağçalarının yaradılması əslində bələdiyyələrin görəcəyi işdir. Amma vəsait baxımından onların imkanları çatmır. Yalnız “Azərsun” bu məsələdə bəzi işlər görür. “Azercell” və “Bakcell”in bu məsələdə ümumiyyətlə adı çəkilmir.

Milli Məclsidə qadınların sayı artıb. Amma bələdiyyələrlə bağlı bu tendensiyanı görmək mümkün deyil. Bələdiyyə üzvləri arasında xanımlar var. Amma sədrlər arasında çox azdır, hər halda mən onları görməmişəm.

Kənd rayonlarında olan və şəhərdəki bələdiyyələrin görəcəyi işləri, strategiyası bir-birindən köklü surətdə fərqlənir. Bu fərqi əks etdirən hansısa sənəd hazırlanmalıdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir