Modern.az

Eldar Quliyev: ““Yeni Müsavat” özünə ayrı təsisçi gətirsə, biz ona nə deyə bilərik..."

Eldar Quliyev: ““Yeni Müsavat” özünə ayrı təsisçi gətirsə, biz ona nə deyə bilərik..."

Parlament

11 Fevral 2011, 19:06

Milli Məclisin Aqrar siyasət Komitəsinin sədr müavini, “Azərittifaq”ın İdarə Heyətinin sədri Eldar Quliyev Modern.az saytına müsahibə verib. Öncə o, mətbuatda son zamanlar barəsində yazılanlara münasibət bildirib.

- Bir neçə gün öncə “qafqazinfo”ya müsahibə verdim. Həmin müsahibədə Milli Məclisdə olan fəaliyyətimiz barədə də danişdım. Sonra mən müsahibəni oxuyanda hiss etdim ki, burada bəzi məsələlərdə bir az kənarlaşma var.
Qeyd edim ki, Aqrar Siyasət Komitəsi hər zaman hazırladığı layihələri ilk olaraq komitənin iclaslarında müzakirəyə çıxarır. Sonra isə Milli Məclisə təqdim edirik. İndiyə qədər onlarla qanun qəbul etmişik. Hər zaman çalışırıq ki, layihələrin müzakirəsində iştirak edək. Bəzi deputatlar seçicilərin məsələlərini parlament tiribunasından daha geniş şəkildə şərh etməyi üstün tuturlar. Mən bunun əleyhinəyəm. Ona görə yox ki, belə olmaz. Sadəcə, hərənin bir iş üsulu var. Mən əsasən çalışıram ki, belə problemlərin ayrı-ayrı nazirliklər, komitələr vasitəsilə, icra hakimiyyətləri, bələdiyyələr vasitəsi ilə həllinə nail olam. Əgər hansısa məsələ konkret olaraq həll olunmursa, bu barədə artıq ölkə rəhbərliyinə, parlamentə, Nazirlər Kabinetinə yazılı müraciətlər hazırlayıram. Demək olar ki, mənim qaldırdığım məsələlər 90-95% həll olunur. Lakin elə məsələlər var ki, onları həll etmək qeyri-mümkündür. Deyim ki, bu, daha çox seçicinin üzündən olan məsələlərdir. Onları da biz izahatla aydınlaşdırırıq. Mən bu məsələlərin tiribunadan qaldırılmasının tərəfdarı deyiləm. Əsas xəttim məsələləri həll etməkdir.

- Sizcə, bu cür iş pirinsipiniz səmərəlidirmi?

- Problemin hansı tiribunadan deyilməsindən asılı omayaraq məsələ həllini tapmalıdır. Bunun üçün müvafiq orqanlarla çalışırıq, məsələləri həll edirik. Mən onu da qeyd edim ki, bəzi insanlar deyirlər ki, yüksək çinli şəxslər telefonları qaldırmırlar. Biz həmişə nazirliklərə, komitələrə zəng etmişik, telefonu qaldırıblar, qaldırdığımlz məsələlər demək olar ki, öz həllini tapıb.
Ümumiyyətlə isə mən hər hansı çıxışın da konkret məsələ ətrafında edilməsinin tərəfdarıyam. Dəfələlərlə spikerimiz Oqtay Əsədov, birinci müavin Ziyafət Əsgərov da irad tuturlar ki, mövzü ətrafında danışın. Mən hər zaman bir mütəxəssis olaraq çalışıram ki, öz sahəm üzrə bildiyim məsələləri qaldırım və həllinə nail olum. Hazırda “Kooperasiya haqqında” qanun hazırlanır. Hesab edirəm ki, bu qanun vacib sənəddir.

- Eldar müəllim, müsahibənizdə xairici ölkələrin birində eşşək əti yediyinizi bildirmisiniz.

- Koreyanın ola bilsin hansısa deputatı it əti də yeyə bilər. Fransanın deputatı qurbağa əti də yeyə bilər. Azərbaycanda nə eşşək əti yeyilir, nə də ayı. Mən başıma gələn hadisəni orada şərh etdim ki, İtalyada bir tədbirə bizi qonaq çağırmışdılar. Orada soyuq qəlyanaltılar verəndə belə bir şey olmuşdu. Menyünü gətirdilər ki, “nə sifariş vermək istəyirsiniz?”. Mən dedim ki, toyuq, qoyun əti yeyərəm. Ancaq orada eşşək əti gördüm. Dedim o mənə lazım deyil... Ofisiant güldü, bildirdi ki, “biz soyuq qəlyanaltı verəndə qurudulmuş eşşək əti də veririk”. Düzdür, bu, mənə çox pis təsir etdi. Amma bu adi qurudulmuş ət kimi kəsilib qoyulmuşdu. Hamı yeyəndə mən götürüb baxdım. Amma sonra mənə bir az təsir etdi. Bu gün mətbuatda bundan şou düzəltmək lazım deyil.

- “Yeni Müsavat”la bağlı məhkəməyə müraciət edəcəyinizi bildirmişdiniz. Proses hansı mərhələdədir?

- Bu məsələyə qayıtmaq istəmirəm. Biz artıq bu məsələ ilə bağlı Nizami rayon məhkəməsinə müraciət etmişik.  Dünən vəkil tərəfindən sənədlər təqdim olunub. Biz hüquqi dövlətdə yaşayırıq. Söz güləşdirmək, hansısa məsələləri qabartmaq lazım deyil. Məhkəməyə müraciət etmişik, qoy qərarı məhkəmə versin. Yenə də deyirəm ki, əgər mən qoyduğum məsələlərin biri həqiqətdə öz əksini tapmasa, ittihamı geri götürməyə hazıram. Mədəniyyətdən danışırıq, özümüzü mədəni xalq sayırıq, insan gərək öz hərəkətlərini fikirləşsin, danışıq qabilliyyətinə fikir versin. İnsan özünün səviyyəsinə fikir versin.

- Amma deyəsən 200 min manatlıq iddianız var...

- Siz bilirsiniz ki, söhbət yüksək rəqəmdən getmir. Onsuz da biz qəzetlərdən o pulları almamışıq, ala da bilmirik. Hətta neçə dəfə olub ki, məhkəmənin qərarı olub, sona o icra olunmayıb. Qoy, ürəklərinə gəlməsin ki, mən o pula göz dikmişəm. Mən hesab edirəm ki, əgər o pulu bizə versələr, biz onu uşaq evlərinə verəcəyik. Məhkəmənin qərarı çıxan zamanda bunu xahiş edəcəm ki, uşaq evinə verilsin. Sözsüz, mən bilirəm ki, redaksiyanın o qədər pulu yoxdur.

- Sona qədər məhkəməyə getmək fikrindəsinizmi?

- Bu haqda hələ ki ümumi bir fikrimiz yoxdur. Əlbəttə ki, onlar təkzib versələr, bu məsələdən vaz keçəcəyik. Məhkəmə prosesində bir tərəf qalib gəlir, digəri isə narazı qalır. Əgər “Yeni Müsavat”dan bizə müxbir göndərilsəydi ki, araşdırardılar. Biz qapılarımızı onlara açacaqdıq. İndi də buna hazırıq. Mən Konstitusiyanı, Nazirlər Kabinetinin sərəncamını, Prezidentin fərmanını onların qarşısına qoyardım. Bunu etmədilər, başladılar şərləməyə.

- Deməli, müraciət olsa, bütün sənədləri onlara verəcəksiniz...

- Biz əvvldən bunun tərəfdarı olmuşuq. Hətta arzu edirəm ki, respublikada ən böyük ekspert kimi hesab edirlər, onunla gəlsinlər. Sənədləri verək.  Bəyan edirəm, bu, mənim hazırladığıım sənədlər deyil, bu ölkə Prezidentinin fərmanından, Konstitusiyadan, Nazirlər Kabinetinin təsdiq etdiyi nümünəvi nizamnamədən irəli gəlir. Özümüzün də Nizamnaməsi var. Konkret olaraq, mülkiyyət hüququ bizdədir. Söhbət Kooperasiya Universitetindən gedir. Burada təsisçinin dəyişməsinın kimsəyə dəxli yoxdur. Bu sırf təsisçiyə aid olan məsələdir. Əgər sabah “Yeni Müsavat” özünə başqa bir təsisçi gətirsə, biz ona nə deyə bilərik. Məsələ budur. Sadəcə, ola bilsin bizim universitetdə, kolleçdə kiminsə buna ümidi var idi, mən bu məsələyə nöqtə qoydum. Mən Azərbaycan təhsilinin ikişafında maraqlı insanam, universitetdə dərs deyirəm. Hesab edirəm ki, bu gün gənclərimizə yüksək təhsil verilməlidir. Özü də məktəblərdə də ilahiyyət dərsi kecilməlidir ki, cavanların başqa-başqa qurumlara qoşulmasının qarşısı alınsın. Artıq 10-11-ci sinifdə uşaq bilməlidir ki, hansı sənətin arxasınca gedəcək. Çox təssüflər olsun ki, uşaqlar bu məsələlərə gözüyumulu baxırlar.

(Ardı var)

Sədaqət Süleymanova 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır