Modern.az

Alimlər Nizami Gəncəvinin əsərlərini yenidən araşdırırlar

Alimlər Nizami Gəncəvinin əsərlərini yenidən araşdırırlar

12 Fevral 2011, 18:39

Gəncəli alimlər dahi şair Nizami Gəncəvinin əsərlərini yenidən araşdırır. Gəncə Regional Elm Mərkəzinin alimləri tərəfindən dahi şair Nizami Gəncəvinin qələmə aldığı “Xosrov və Şirin” əsəri yenidən tərcümə olunub. Modern.az-ın məlumatına görə, Nizamişünas alim Xəlil Yusifli tərəfindən tərcümə edilən əsər ikinci dünya müharibəsindən sonra ikinci dəfə tərcümə edilib.
“Xosrov və Şirin”in yeni tərcüməsi digər tərcümələrdən fərqlənir. Belə ki, alimlər ədəbiyyat incisini Nizami Gəncəvinin yazdığı tərzdə əruz vəznində tərcümə ediblər. Eyni zamanda əsərdə qədim türk sözlərinin izahı açıq-aydın verilir. Xəlil Yusiflinin verdiyi məlumata görə, tərcümə əsərin yazılma tarixini də dəyişir. Belə ki, alimlərin yeni araşdırmaları göstərib ki, əsər 1180-ci ildə deyil, 1177-ci ilin iyulunda sultan Toğrulun taxta çıxmasından sonra qələmə alınıb. Artıq yeni tərcüməyə Azərbaycan Milli Elmlər Akademiyasının digər alimləri tərəfindən müsbət rəy verilib.
Qeyd edək ki, “Xosrov və Şirin” əsərinin 150 nüsxədə ilə nəşr edilməsi planlaşdırılır.

Xaliq Qurbanov
Gəncə

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?