Modern.az

Orta məktəblərdə sınaq imtahanları keçirildi

Orta məktəblərdə sınaq imtahanları keçirildi

13 Fevral 2011, 09:47

Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində sınaq (yoxlama) imtahanlarına start verdi. Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, 2011-ci ilin ilk sınaq imtahanları fevralın 12-də Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin 11-ci və sinifləri üzrə keçirilib. fevralın 13-də isə 9-cu siniflər imtahan verdilər.

Ümumiyyətlə, bu il orta məktəblər üzrə sınaq imtahanları təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən 12 fevral – 17 aprel aralığında keçiriləcək.

Bakı şəhərinin ardınca, 20 fevral tarixində Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad,  Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində sınaq imtahanları keçiriləcək.

13 martda Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında,
27 martda Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında,

3 apreldə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında,

10 apreldə Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında,

17 apreldə isə Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında da sənaq imtahanları təşkil olunacaq.

Peşə liseylərində sınaq imtahanları 27 fevral tarixində keçiriləcək.

Nazirlikdən bildirilib ki, imtahanlar test üsulu ilə keçirilir və bu, buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyır. Məqsəd şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır. Yoxlama və buraxılış imtahanlarında əldə olunan yüksək nəticə şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək.
11-ci sinif şagirdləri üçün sınaq imtahanları səkkiz, 9-cu sinif şagirdləri üçün isə iki fənn üzrə keçirilir.
Sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər