Modern.az

Asif Ata tərəfdarları hazırlaşırlar...

Asif Ata tərəfdarları hazırlaşırlar...

12 Fevral 2011, 19:05

Fevralın 14-də saat 14.00-da Azərbaycan Yazıçılar  Birliyinin Natəvan klubunda məşhur filosof Asif Atanın 75 illiyi ilə bağlı tədbir keçiriləcək. Bu barədə Modern.az-a Asif Ata tərəfdarlarının tapındığı Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı məlumat verib.  
Tədbirdə Mütləqə İnam Ocağının övladlarıyla yanaşı, Ocaq dostları, Azərbaycan aydınları iştirak edəcəklər.
Qeyd edək ki, Asif Ata 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Bakıda bir sıra ali məktəblərdə dərs deyib.

1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb. 1978-ci ilin noyabrından klub Ocağa çevrilib, onun sədri Asif Əfəndiyev isə ardıcılları tərəfindən Asif Ata adlandırılıb. Ocaq tarixi 1979-cu il mart ayının 1-dən hesablanır.

1982-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı basqılara uğrayıb və qapadılıb. Asif Ata işdən və məcburən üzv olduğu Kommunist Partiyasından çıxarılıb, ailəsi dağıdılıb, yörəsindəkilərin çoxu pərən-pərən salınıb. Həmin ildən başlayaraq Ocaq bir neçə il gizli fəaliyyət göstərib.

Asif Atanın yalnız dünyabaxışını əhatə edən əsərləri 45 kitabdan ibarətdir ki, Mütləqə İnam Ocağı indi onu 10 Kutsal Bitiqdə bir araya gətirib.

Onun yaratdığı Mütləqə İnam Ocağı artıq 32 ildir ki, Azərbaycanda fəaliyyət göstəriri. Ocağın Ruhani Başçısı onun qurulmasında Asif Atanın ilk gündən dönməz silahdaşı olmuş Safruh Atalıdır.

Asif Ata 1997-ci ildə vəfat edib. Ağstafada dəfn olunub.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir