Modern.az

Elmar Məmmədyarov türkdilli nazirlərlə bir arada

Elmar Məmmədyarov türkdilli nazirlərlə bir arada

20 Sentyabr 2016, 19:09

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının işgüzar iclasında iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər, o cümlədən bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı Zirvə görüşünə hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı, Türk Şurasının BMT yanında müşahidəçi statusu alması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi kimi məsələlər də müzakirə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir