Modern.az

Tovuzda qadının boğazını kəsib ÖLDÜRDÜLƏR - YENİLƏNİB

Tovuzda qadının boğazını kəsib ÖLDÜRDÜLƏR - YENİLƏNİB

Aktual

20 Sentyabr 2016, 20:47

Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb. Modern.az saytı xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Ailənin iki övladı olub. 

 

20:47

 

Tovuzda qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib.  Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı biçaqla kəsilərək qətlə yetirilib.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır