Modern.az

Polşadakı diasporumuz Türkiyədə “Erasmus”un layihəsində ...

Polşadakı diasporumuz Türkiyədə “Erasmus”un layihəsində ...

20 Sentyabr 2016, 23:16

Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ-AYCP) “Erasmus”proqramının "Eyes of Heart "  layihəsində Azərbaycanı təmsil edib. Modern.az-ın xəbərinə görə, Türkiyənin Tarsus şəhərində baş tutan layihəyə Polşadakı Azərbaycan diaspor təşkilatının üzvləri Rəşad Həsənli, Suada Hüseynzadə və Mirnizami Əbdülzadə qatılıblar.

“Erasmus”-un Türkiyədəki layihəsində azərbaycanlı gənclər Azərbaycan gecəsi keçiriblər.

Gecədə ilk öncə Azərbaycandan bəhs edən film nümayiş olunub. Daha sonra isə Azərbaycanın milli mətbəxindən olan təamlar xarici qonaqlara təqdim olunub. Azərbaycanlı təmsilçilər layihədə milli rəqsləri də nümayiş etdiriblər.

1 həftə davam edən “Eyes of Heart” layihəsinə Türkiyənin özü də daxil olmaqla İtaliya, Polşa, Rumuniya, Makedoniya, Albaniya və dgər Avropa ölkələrindən olan tələbə gənclər qatılıblar.

Azərbaycanlı gənclər layihəyə qatılan avropalı gənclərə Azərbaycanın mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumat veriblər.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...