Modern.az

“Millətimlə fəxr edirəm” - Ərdoğan

“Millətimlə fəxr edirəm” - Ərdoğan

21 Sentyabr 2016, 00:44

“Zaman, problemlərin öhdəsindən qəti şəkildə gəlmək zamanıdır”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assembleyasında çıxışı zamanı bildirib: “Dünyanın bir çox ölkəsində insanlar aclıq və səfalətlə mübarizə aparır. Utancverici mənzərədir. Bu problemlərin əksəriyyəti asan şəkildə həll edilə bilər. Gələcək nəsillərin təhlükəsizliyi bu gün atacağımız addımlardan asılıdır”.

 

FETÖ təhlükəsinə toxunan Ərdoğan 15 iyul qiyam gecəsi 241 vətəndaşın şəhid edildiyini bildirib: “Millətimlə fəxr edirəm. 29 gün demokratiya növbəsinə dayandı. Xain qiyam cəhdini qarşısını almaq üçün canlarını heçə saydılar.  Bu gün qarşınızda danışa bilirəmsə, millətimin iradəsi sayəsindədir”.

 

Ərdoğan BMT-də, xüsusilə, təhlükəsizliyin təminatına dair qərarların qəbulu sahəsində islahatların keçirilməsinin vacibliyini qeyd edib: “BMT-də islahatların aparılmasının vaxtı çatıb. Bu baxımdan baş katib Pan Qi Mun tərəfindən bundan əvvəl irəli sürülən təşəbbüslər çox mühümdür. İlk növbədə təhlükəsizliyin qorunması sahəsində qərarların qəbulu sistemində islahatlar keçirilməlidir. BMT TŞ-nin beş daimi üzvü təklikdə bu cür qərarlar verə bilmir”.

Ərdoğan həmçinin qeyd edib ki, “Ərəfat qalxanı” əməliyyatının məqsədi Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasıdır.  

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir