Modern.az

AŞPA bu heyəti referenduma görə Bakıya göndərir

AŞPA bu heyəti referenduma görə Bakıya göndərir

21 Sentyabr 2016, 10:28

26 sentyabr tarixində Azərbaycanda keçiriləcək referendumu müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 7 nəfərdən ibarət müşahidə qrupu Bakıya gələcək.

Modern.az-ın xəbərinə görə, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan hökumətinin dəvəti ilə Bakıya gələcək nümayəndə heyətinə makedoniyalı deputat Aleksandr Nikoloski  rəhbərlik edəcək.

 

Referendumu müşahidə edəcək AŞPA nümayəndə heyətinin tərkibi belədir:

 

Andrea Riqoni (İtaliya)

Yanaki Stoylov (Bolqarıstan)

Antonio Qutyerres (İspaniya)

Dominik Tarjinski (Polşa)

Ştefan Şennax (Avstriya), Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi

Sezar Florin Preda (Rumıniya), Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi.

 

Nümayəndə heyətinin Bakıda olduqları müddətdə prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, eləcə də vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

AŞPA nümayəndələrinin referendum günü seçki məntəqələrinə gedəcəkləri də gündəliyə daxildir.

Referendumdan sonra AŞPA nümayəndə heyətinin rəhbəri Bakıda keçirəcəyi mətbuat konfransında səsvermənin nəticələrinə dair fikirlərini bildirəcək.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir