Modern.az

Həbsdə olan mitinqçilərlə bağlı Baş prokurorluğa müraciət ediləcək

Həbsdə olan mitinqçilərlə bağlı Baş prokurorluğa müraciət ediləcək

21 Sentyabr 2016, 16:54

Vəkillər Cavad Cavadov və Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan aksiya iştirakçılarına baş çəkiblər.

 

Modern.az xəbər verir ki, Bakı İstintaq Təcridxanasında saxlanılanlar Rzayev Sahil Xalid oğlu, Əliyev Anar Yusif oğlu, Osmanov Teymur Adilxan oğlu, Əhmədov Lətif Süleyman oğlu, Bünyadov Elvin Hatif oğludur.

 

E.Sadıqov C.Cavadovla birlikdə həmin şəxslərin müdafiəçiləri olduğunu deyib:

“Heç birinin təqsiri yoxdur, dinc aksiya keçirdiklərinə görə şərlənib, məhkum ediliblər.

Məruz qaldıqları ağır, dəhşətli işgəncələr barədə ətraflı məlumat verdilər. Həmin işgəncələrin araşdırılması ilə bağlı Baş Prokurorluğa müraciət edəcəyik”.

 

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, sentyabrın 17-də özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

Saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

 

Lakın tədbirdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər.

Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb.

 

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir