Modern.az

Babasını öldürən nəvəyə 18 il iş kəsildi

Babasını öldürən nəvəyə 18 il iş kəsildi

21 Sentyabr 2016, 18:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hacıağa Hüseynov və Elman Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Qasımov 17 il, H.Hüseynov isə 18 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, cinayət hadisəsi bu il fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində baş verib. H.Hüseynov babası 76 yaşlı H.Məmmədrəsul oğlunun qətlini tamah məqsədi ilə qonşusu E.Qasımovla birgə təşkil edib təşkil edib. Həmin şəxslər babasının bağ evinin həyətində onu başından vuraraq öldürüb, sonra 2 min manat pulu ələ keçirərək bölüşdürüblər. Hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakini E.Qasımov tutulub. H.Hüseynov isə hadisənin baş verdiyi gündən 12 gün sonra tutularaq istintaqa təhvil verilib.

 

Həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunurlar.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər