Modern.az

BAXCP hökuməti 1 milyard dollarlıq stadion tikintisindən imtinaya çağırdı

BAXCP hökuməti 1 milyard dollarlıq stadion tikintisindən imtinaya çağırdı

14 Fevral 2011, 13:27

BAXCP İdarə Heyəti hökuməti 1 milyard dollarlıq stadion tikintisindən imtina etməyə və həmin vəsaitlə qaçqınlar üçün mənzillər almağa çağırdı;

Mübarəkin abidəsi açıq səma altındakı müzeyə verilsin;

Xırdalandakı park "Misir Təhrir parkı" adlandırılsın.

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Modern.az xəbər verir ki, ictimai-siyasi məsələlərin müzakirəsindən öncə BAXCP İdarə Heyətinin üzvləri fevralın 13-də AHS televiziyasının "Əhatə dairəsi" verilişində qaçqınların yaşadığı yataxanadan hazırlanan süjetdə yer almış faktlara münasibətlərini açıqlayıblar:
""Əhatə dairəsi" proqramında ermənilərin qovduğu 200 min nəfərdən artıq qaçqının 20 il ərzində Bakıda, yataqxana adlandırılan, əsil həqiqətdə isə insan yaşayışı üçün ən adi şəraiti olmayan tikililərdə necə acınacaqlı vəziyyətdə yaşadığı, həmçinin, vəziyyətin tezliklə düzəlməyəcəyinə dair baş nazirin müavini Əli Həsənovun çıxışını bütün Azərbaycan xalqı kimi BAXCP İdarə Heyətinin üzvləri də ürək ağrısı ilə izləyiblər.
BAXCP iqtidarı qaçqınlara yazığı gəlməyə, Allah xatirinə 1 milyardlıq stadion tikintisindən imtina etməyə, həmin vəsaitlə qaçqınlar üçün ev almağa və mənzillər inşa etməyə çağırır. Allah insanlar üçün vacib olanı bəyənər!"

BAXCP İdarə Heyətinin münasibət bildirdiyi digər məsələ isə Xırdalan şəhərində Misirin sabiq prezidenti Hüsnü mübarəkə ucaldılmış abidə və bu abidənin yerləşdiyi parkla bağlı olub:
"BAXCP Misirdə baş vermiş inqilabdan sonra Misir xalqının iradəsinə hörmət olaraq, Xırdalandakı Hüsnü Mübarəkən abidəsinin qoyulduğu parkın "Misir Təhrir parkı" adlandırılmasını, Mübarəkin abidəsinin isə sənət əsəri olaraq Bakının parklarından yığışdırılmış digər heykəllər kimi açıq səma altındakı heykəllər müzeyinə verilməsini təklif edir".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi