Modern.az

Elxan Poluxov: “Biz də vaxtaşırı öz vətəndaşlarımıza xəbərdarlıq edirik”

Elxan Poluxov: “Biz də vaxtaşırı öz vətəndaşlarımıza xəbərdarlıq edirik”

14 Fevral 2011, 13:40

ABŞ, İsrail və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri öz vətəndaşlarına Azərbaycanda mümkün terror aktı ilə bağlı xəbərdarlıq ediblər. ABŞ səfirliyi son günlər ikinci dəfə belə bir bəyanatla çıxış edib.

“Biz də vaxtaşırı öz vətəndaşlarımıza xəbərdarlıq edirik” –deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Modern.az saytına Amerikanın vətəndaşlarına yenidən terror təhlükəsi ilə bağlı Azərbaycana getməmək barədə etdiyi xəbərdarlığı şərh edərkən bildirib. E.Poluxovun sözlərinə görə, bu, Azərbaycanın daxili təhlükəsizliyi ilə bağlı məsələdir.

“Məsələyə Xarici İşlər Nazirliyinin aidiyyatı yoxdur. Bu, ölkənin daxilində olan təhlüksizliyin səviyyəsi və təhlükəsizlik vəziyyəti ilə bağlı olduğundan fakt hüquq mühafizə orqanları tərəfindən araşdırılır və buna rəsmi formada münasibət bildirilir” –deyə o, qeyd edib.

XİN rəsmisi onu da əlavə edib ki, Azərbaycan da başqa ölkələrdə olan vəziyyəti qiymətləndirərək öz vətəndaşlarımıza zaman-zaman xəbərdarlıq edir. “Hansı ölkəyə getmək təhlükəlidirsə, biz bu barədə insanları məlumatlandırırıq”.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytında Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq ABŞ vətəndaşlarına xəbərdarlıq edilib.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir