Modern.az

YAP-dan ANS-lə bağlı məhkəmə qərarına REAKSİYA

YAP-dan ANS-lə bağlı məhkəmə qərarına REAKSİYA

Hadisə

22 Sentyabr 2016, 14:14

“Biz məhkəmə qərarlarına hörmətlə yanaşan bir təşkilatıq. Artıq ANS-lə bağlı məhkəmə öz qərarını verib. Ortada olan materiallar araşdırılıb”.

 

Bunu  Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. Deputat, son olaraq məhkəmənin qərarına hörmətlə yanaşıldığını bildirib.

 

“Eyni zamanda, biz hüquqi dövlətdə yaşayırıq. Məhkəmə qərarına hörmətlə yanaşılmaldır. Məhkəmə artıq bu məsələyə son qoyub. Düşünürəm ki, məhkəmə qərarlarına rəy vermək düzgün deyil”.

 

Qeyd edək ki, dünən Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti üzrə proses keçirilib. Yekun olaraq Məhkəmənin qərarına əsasən, ANS-in şikayəti təmin edilməyib.

 

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır