Modern.az

Bu gün başlayan Muğam Müsabiqəsinə 20 nəfər vəsiqə qazanıb

Bu gün başlayan Muğam Müsabiqəsinə 20 nəfər vəsiqə qazanıb

Ölkə

14 Fevral 2011, 14:48

Fevralın 14-dən başlayaraq 3-cü  televiziya muğam müsabiqəsi start götürür. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və Azərbaycan Televiziyasının  təşkilatçılığı ilə keçirilən müsabiqədə  20 nəfər vəsiqə qazana bilib.  Bu barədə Modern.az-a müsabiqənin təşkilat komitəsindən məlumat verilib.
Açılış mərasimi bu gün Beynəlxalq  Muğam Mərkəzində keçiriləcək. Tədbir yeni açılan Mədəniyyət kanalı və Aztv ilə canlı yayımlanacaq. Yarışma 3 ay ərzində davam edəcək

Qeyd edək ki, 18-35 yaşlı ifaçıların iştirak etdiyi müsabiqəyə seçimlər yanvarın 29-dan başlanmışdı. Seçim turu iki mərhələdə keçirilib.

Respublika festivalı bitdikdən sonra martda Beynəlxalq muğam festivalı başlayacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir