Modern.az

MTN və DİN ABŞ-ın Azərbaycanda terrorla bağlı xəbərdarlığına münasibət bildirdi

MTN və DİN ABŞ-ın Azərbaycanda terrorla bağlı xəbərdarlığına münasibət bildirdi

14 Fevral 2011, 16:06

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ABŞ-ın Azərbaycanda yaşayan vətəndaşlarına Azərbaycanda terror təhlükəsi ehtimalı ilə xəbərdarlıq etməsinə münasibət bildirib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev ANS-ə bildirib ki, Azərbaycanın milli təhlükəsizliyinə və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri-qabaqlayıcı tədbirlər keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Masurzadə isə ANS-ə bildirib ki, ölkə ərazisində fəaliyyər göstərən səfirlik, diplomatik korpuslar etibarlı şəkildə qorunur: “Daxili İşlər Nazirliyi üzərinə düşən işin öhdəsindən gəlir və ölkədə kriminogen durum nəzarətdədir”.

Xatırladaq ki, ABŞ Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdar edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, ABŞ Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq, ABŞ vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına yenidən xəbərdarlıq edir. Bu ehtimal ciddi olaraq qalır.

Bu il fevralın 11-də isə İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. Bu 9 ölkə arasında Azərbaycan, Ermənistan və Gürcüstanın da adı var.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir