Modern.az

Zabitlər bağında BİABIRÇILIQ: “Su yoxdur, ayaqyolu işləmir !” - FOTO

Zabitlər bağında BİABIRÇILIQ: “Su yoxdur, ayaqyolu işləmir !” - FOTO

24 Sentyabr 2016, 11:09

Bakı şəhərindəki Zabitlər bağında biabırçı vəziyyət yaranıb.

 

Modern.az saytının əməkdaşı Zabitlər bağında olarkən analoqu olmayan vəziyyətin şahidi olub.

 

Belə ki, Bakı şəhər Səməd Vurğun 115 ünvanında yerləşən Zabitlər bağındakı ayaqyolunun qapıları bağlanılıb və qapının üzərinə:

“Su yoxdur, ayaqyolu işləmir !”.

 

Bəs görəsən paytaxtın mərkəzi hissələrindən sayılan Zabitlər bağındakı bu biabırçı “mədəniyyət” mənzərəsini aidiyyatı qurumlar görmürlərmi?

 

P.S. Biz ölkəmizə turist cəlb etməyə can atan ölkələrdənik. Xaricdən Bakımıza gələn və həmin parkdakı ayaqyolundan istifadə etmək istəyən turistlərə bu vəziyyəti necə izah etmək olar?

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi