Modern.az

General Nazim Ələkbərov işdən çıxarılıb

General Nazim Ələkbərov işdən çıxarılıb

Ölkə

15 Fevral 2011, 10:54

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərovun işdən çıxarılıb. Bu barədə ANSpress-ə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən N.Ələkbərovun işdən çıxarılması ilə bağlı bu gün ərzində rəsmi məlumat yayılacağı bildirilib və əlavə şərh verilməyib.

Qeyd edək ki, N.Ələkbərovu bu vəzifədə indiyədək DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmiş general-mayor Mədət Quliyev əvəzləyib.

Nazim Ələkbərov 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Texniki Universitetini mühəndis, 1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. O, 1990-cı ildə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb, 1999-2001-ci illərdə 1 saylı Xüsusi müəssisənin rəis müavini, 2001-2004-cü illərdə 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi işləyib.

Nazim Ələkbərov 2004-cü ilin may ayında Baş idarənin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib və 2005-ci ilin yanvar ayından Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

2006-cı ilin aprel ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi təyin edilib.

O, ədliyyə general-mayoru xüsusi rütbəsindədir, fəaliyyətində dəfələrlə mükafatlandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?