Modern.az

“Ailə Biznesinə Asan Dəstək” mərkəzləri əhalinin gəlirlərini artıracaq”

“Ailə Biznesinə Asan Dəstək” mərkəzləri əhalinin gəlirlərini artıracaq”

24 Sentyabr 2016, 13:37

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) ailə təsərüfatlarının inkişafına müsbət təsir edəcək.  

Bu Azərbaycanda daha çox məşğulluğu artıracaq, büdcə daxilolmalarını diversifikasiya edərək yüksəldəcək və təbii ki, əhalinin gəlirlərini artıracaq”.

 

Bunu Modern.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

 

Deputat prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılmasının əhəmiyyətindən danışıb.

 

 

“ABAD” gəlirləri artıracaq”

 

T.Mirkişili vurğulayıb ki, iqtisadi sahədə bu mexanizmin tətbiqi əhalinin gəlirlərini yüksəldəcək:

“Azərbaycanda ailə biznesinə dövlət dəstəyinin təmin etmək məqsədilə “ABAD” publik hüquqi şəxsin yaradılması ailə təsərrüfatların hərtərəfli dəstəklənməsi məqsədi daşıyır. Həm biznes planların tərtib olunmasından başlayaraq son məhsulun satışınadək və eyni zamanda maliyyə dəstəyinin göstərilməsinin dəstəklənməsi dövlətin bu sahəyə yüksək qayğı gəstərəcəyini nümayiş etdirir.

Adətən ailə təsərrüfatları daha çox kənd təsərrüfatı, ticarət və xidmət sahəsində geniş yayılır. Belə bir müqayisə aparmaq olar ki, məsələn, Latın Amerikası ölkələrinə ailə təsərrüfatları büdcə daxilolmalarnın 50%-ni təmin edir.

Bu həm də o deməkdir ki, ailə təsərrüfatları milli iqtisadiyyatda mühüm sosial-iqtisadi rol oynayacaqlar”.

 

“Ailə Biznesinə Asan Dəstək bürokratiyanın qarşısını alacaq”

 

Tahir Mirkişili söyləyib ki, “ABAD”-lar iqtisadi sahədəki bürokratiyanı minimuma endirəcək:

“Ailə biznesinin inkişafını təmin edən əsas faktor sürətlilik və “0” bürokratiyanın təmin olunmasıdır.

Bu baxımdan tələb olunaun prosedurların ASAN-laşdırılması və ASAN Xidmət Mərkəzlərinin özünü yüksək səviyyədə doğrultması, insanların bu mərkəzlərə yüksək inamı başlanğıcın uğurlu olmasını şərtləndirir”.

 

“Ailə təsərrüfatları bazarda çeviklik, sərbəstlik, qənaətçilik, motivasiya imkanlarıdır”.

 

Millət vəkili ailə sahibkarlığının və biznesinin dünya təcrübəsinə də diqqəti çəkib:

“Ailə sahibkarlığı bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes formasıdır. Ailə təsərrüfatları dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Bir çox ölkələrdə ailə təsərrüfatları bazardakı təsərrüfatların 70%-dən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır.

Məsələn, İspaniyada bazardakı təsərrüfatların təqribən 75%-i ailə təsərrüfatlarıdır və onların ÜDM-də payı 65%-ə çatır. Ailə təsərrüfatlarını xarakterizə edən amillər onların sürətlə yaradılması, qərarların qəbulunda sərbəstlik, bazarda çeviklik, yüksək motivasiya, qənaətçillik, dövlətdən dəstək alma imkanlarıdır.

 

Ailə sahibkarlığı – mikrobiznes ilə özməşğulluğun sərhədində yerləşən bir formatdır. Bu baxımdan ailə biznesinin dəstəklənməsi – eyni zamanda öz əməyini digər əmək münasibətlərində reallaşdıra bilməyən insanlara, kiçik və orta sahibkarlıq sferasında kəmiyyət baxımından üstünlük təşkil edən biznesin kiçik formalarına birbaşa dəstəkdir. Dünya təcrübəsi göstərir ki, dövlət dəstəyi olmadığı zaman ailə biznesləri yalnız özünü məşğulluq formatında qalır və milli iqtisadiyyatda əhəmiyyətli dərəcədə sosial-iqtisadi rol oynaya bilmir. Azərbaycanda insanların, ailələrin sahibkarlıq təşəbbüsləri hər zaman yüksək olub və onlar müqayisəli üstünlüklərə malikdirlər”.

 

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir