Modern.az

Azərbaycanın Milli Qəhrəmanına yeni vəzifə verilib

Azərbaycanın Milli Qəhrəmanına yeni vəzifə verilib

15 Fevral 2011, 13:02

Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, generel-mayor Nazim Ələkbərov işdən çıxarılıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Modern.az xəbər verir ki, N.Ələkbərovu bu vəzifədə indiyədək DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmiş general-mayor Mədət Quliyev əvəzləyib.

General-mayoru Mədət Qəzənfər oğlu Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub, 1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı üvvələrin Sıralarında həqiqi hərbi xidməti keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət  keçib.
1994-1995-ci il-lərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1996-2001-ciillərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifələrində çalışıb. 2006-cı ilin mart ayından indiyədək DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Prezidentin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Prezidentin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib. Ailəlidir. İki övladı var.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi