Modern.az

Mədəniyyət komitəsi Mədəniyyət kanalı ilə əməkdaşlıq edəcək

Mədəniyyət komitəsi Mədəniyyət kanalı ilə əməkdaşlıq edəcək

15 Fevral 2011, 18:29

Milli Məclisin Mədəniyyət komitəsi ilə yeni fəaliyyətə başlayan Mədəniyyət kanalı arasında mütəmadi görüşlər keçiriləcək. Bu haqda Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Jalə Əliyeva Modern.az saytına açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, komitə üzvləri ilə AzTV-nin nəzdində fəaliyyət göstərən Mədəniyyət kanalı arasında vaxtaşırı görüşlərin keçirməsi vacib məsələlərdəndir.

J.Əliyeva onu da bildirib ki, yeni fəaliyyətə başlayan Mədəniyyət kanalında Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş insanlar çalışırlar.
“Bu baxımdan biz çox istərdik ki, tez-tez bu qurumla görüşlər keçirək, Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq əlaqələri quraq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər