Modern.az

Obama 15 nəfərə “Azadlıq” medalı verib

Obama 15 nəfərə “Azadlıq” medalı verib

16 Fevral 2011, 15:15

ABŞ prezidenti Barak Obama Amerikanın keçmiş prezidenti Corc Buş və Almaniyanın baş naziri Anjela Merkelin də daxil olduğu 15 nəfərə cəmiyyətdəki xidmələtlərinə görə, “Azadlıq” medalı verib.

Modern.az-ın  xariçi mətbuata istinadən verdiyi xəbərə görə,  Obama Ağ Evdə təşkil olunan təqdimat mərasimində açılış nitqi söyləyib.
ABŞ-da ən yaxşı vətəndaş nişanı olan “Azadlıq” medalı dünyada sülhün, mədniyyətin qorunmasında və digər mühüm ictimai təşəbbüslərdə bulunan şəxslərə verilir.

Obama, təqdimat mərasimində iştirak edə bilməyən Almaniya baş naziri Anjela Merkel haqqında deyib: “Berlin divarları nəhayət ki, yıxılıb, Almaniya birləşəndə, Merkel də öz baryerlərinin qırıb Almaniyanın ilk qadın naziri oldu”.

Obama A.Merkelə mükafatı yaxın yaxtlarda ABŞ-a təqdim edəcəyini bildirib.

Keçən ilin avqust ayında Əfqanıstanda Taliban tərəfindən öldürülən göz həkimi Tom Little də mükafa da layiq görülüb.
“Azadlıq” medalı alan digər şəxslər isə bunlardır: “Şair və yazıçı Maya Angeleu, tanınmış sərmayəçi Varren Buffet, sənətçi Casper Cons, soyqımınından xilas olan Gerda Veissman Klein, sənətçi Yo-Yo Ma, vətəndaş hüquqlarının fəal təmsilşisi Silyvia Mendez, Ameriakanın professional Basketbol liqası - NBA komandalarından “Boston Celtics"in keçmiş kapitanı və ilk siyasi məşqçi olan Bill Russel, keçmiş ABŞ prezidentlərindən Con Kennedinin baçısı, Ameriaklı diplomat  Joah Kennedi Simt, Konqresin üzvi John R.Levis, Amerikalı keçmiş beyzbol oyunçusu Stanley F.Musial, işçi hüquqları müdafiəçisi John J. Sveeney və ətraf müdafiəçisi John H.Adams”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir